Sumqayıtda 85 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda 85 yaşlı kişinin meyiti tapılıb
# 02 iyul 2022 19:07 (UTC +04:00)

Sumqayıtda evdə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abdullayev Kərəm Mikayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR