Sumqayıtda cari il ərzində elektrik verilişində bir sıra yenidənqurma işləri görülüb

Sumqayıtda cari il ərzində elektrik verilişində bir sıra yenidənqurma işləri görülüb
# 14 avqust 2019 22:52 (UTC +04:00)

Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatı məsələsi daim diqqət mərkəzindədir. İlin əvvəlindən bu sahənin işinin yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, “Yaşıldərə” yaşayış massivində yeni beton kabel tuneli tikilib və orada 20 km yüksək gərginlikli yeni kabellər şəbəkəyə qoşulub, 2 yeni transformator quraşdırılıb, 5 transformatorda güc artımı edilib, 3 transformator əsaslı, 79-u cari təmir olunub.

Bununla yanaşı, Corat qəsəbəsində və “Betonzavod” yaşayış massivində 630 kilovat amperlik (kWA) gücündə 2 yeni transformator məntəqəsi quraşdırılıb, Tağıyev qəsəbəsində və “Xəzər bağları” yaşayış massivində 2 ədəd yeni güc mərkəzi yaradılıb.

Həmçinin 13 kilometr uzunluğunda alçaq gərginlikli elektrik xətləri SİP kabellərlə əvəz olunub, 4 kilometrədək yüksək gərginlikli hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılıb, 875 ədəd yeni sayğac quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR