Sumqayıtda “Göyərçin” parkı ərazisində icazəverici sənədləri olmayan obyekt sökülüb - VİDEO

Sumqayıtda “Göyərçin” parkı ərazisində icazəverici sənədləri olmayan obyekt sökülüb - VİDEO
# 03 iyun 2023 10:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR