Sumqayıtda həşərat və gəmiricilər çoxalıb

Sumqayıtda həşərat və gəmiricilər çoxalıb
# 18 iyul 2019 17:12 (UTC +04:00)

Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, havanın temperaturu yüksəldikcə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində ziyanverici həşəratlar və gəmiricilər sürətlə çoxalır. Bu isə şəhər sakinlərinin rahatsızlığına, eyni zamanda, bir sıra xəstəliklərin yaranmasına zəmin yaradır.

Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çoxmənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirləri həyata keçirilir.

Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR