Sumqayıtın 20 saylı məktəbi 14 saylı məktəbin filialı kimi fəaliyyətə başlayacaq

Sumqayıtın 20 saylı məktəbi 14 saylı məktəbin filialı kimi fəaliyyətə başlayacaq
# 29 iyul 2022 16:16 (UTC +04:00)

2022-2023-cü tədris ilində Sumqayıt şəhər 20 nömrəli tam orta məktəb müvəqqəti olaraq Sumqayıt şəhər 14 nömrəli məktəbin filialı kimi fəaliyyətə başlayacaq.

Bu barədə APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbin I-IX siniflərinə şagird qəbulu həyata keçirilir.

I siniflərə qəbul www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə, II-IX siniflərə qəbul isə sy.edu.az “Şagird yerdəyişməsi” sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, məktəb 2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 720 şagird yerlik olan təhsil müəssisəsi üç mərtəbə və 42 sinif otağından ibarətdir. Məktəbdə informatika otaqları, hərbi hazırlıq, fənn laboratoriyaları yaradılıb, əyani vəsait və tədris avadanlığı ilə təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR