Sumqayıtın bəzi yerlərində qaz olmayacaq

Sumqayıtın bəzi yerlərində qaz olmayacaq
# 19 sentyabr 2019 21:48 (UTC +04:00)

Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci mikrorayonlarında, eləcə də Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR