Sümük iliyinin transpantasiyası həyata keçirilən talassemiyalı pasiyentlərin sayı açıqlanıb

Sümük iliyinin transpantasiyası həyata keçirilən talassemiyalı pasiyentlərin sayı açıqlanıb
# 25 may 2022 11:05 (UTC +04:00)

Qeydiyyatda olan talassemiyalı pasiyentlərin sayı və müalicələri ilə bağlı görülən işlər açıqlanıb.

APA xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.

Hesabatda bildirilir ki, “Talassemiya ilə mübarizə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci ildə 3611-ə yaxın qeydiyyatda olan pasiyentlərin müayinə və müalicələri təmin olunub. 1530-a yaxın talassemiyalı pasiyentin xelator preaparatları ilə tam təmin olunub, 462 nəfərdə HLA tipləndirilməsi təşkil edilib, talassemiyanın profilaktikası məqsədi ilə nikah öncəsi müayinələr aparılıb, aylıq orta hesabla 24961 müayinələr həyat keçirilməsi üçün reaktivlərlə təchiz olunub.

Eləcə də 16 talassemiyalı pasiyentə sümük iliyinin transpantasiyası həyata keçirilib. Proqram büdcəsi üzrə dəmir xelatorları, reaktivlər, sümük ilyi transplantasiyası üçün spesifik dərman vasitələri və sərfiyyat malları alınıb.

Bunun üçün 2021-ci ildə 21,6 milyon manat vəsait xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR