Suraxanıda yataqxanada yanğın olub

Suraxanıda yataqxanada yanğın olub
# 11 yanvar 2023 09:55 (UTC +04:00)

Bakıda yataqxana binasında yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin tavanı 15 m² sahədə yanıb.

Yüksək temperaturdan binanın dam örtüyünün taxta atmaları 50 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR