Suriyadan gətirilmiş 3 qadın və 13 uşaq qohumlarına təhvil verilib

Suriyadan gətirilmiş 3 qadın və 13 uşaq qohumlarına təhvil verilib
# 06 yanvar 2023 12:43 (UTC +04:00)

Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil veriliblər.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslərin yaşadıqları icmaya reinteqrasiyasına və sosial reabilitasiyasına dəstək üçün onların yerləşdirildikləri ailələrə səfərlər edib.

Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.

Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər.

Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR