“Şuşa İli” ilə bağlı keçirilən heykəltəraşlıq müsabiqəsinin müddəti uzadılıb

# 17 iyun 2022 17:22 (UTC +04:00)

“Şuşa İli” ilə bağlı Mədəniyyət Nazirliyinin elan etdiyi heykəltəraşlıq müsabiqəsinin müddəti uzadılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olduğu ilə bağlı heykəltəraşların istəkləri nəzərə alınaraq müsabiqənin vaxtı sentyabrın 1-dək uzadılıb.

Bildirilib ki, layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, sentyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.

Müsabiqəyə təqdim edilən əsərlər Şuşa mövzusunda olmalıdır.

Müsabiqə haqqında buradan ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR