"Şuşa İli" ilə bağlı qrant layihəsi elan olunacaq

# 27 may 2022 16:34 (UTC +04:00)

“Şuşa İli” ilə bağlı qrant layihəsi elan olunacaq”.

APA xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, yaxın zamanlarda “Şuşa İli” ilə bağlı gənclər təşkilatlarının sosial layihələrinin qəbuluna başlanılacaq: “Burada əsas tələb layihələrin qismən və tam şəkildə Şuşada həyata keçirilməsi ilə bağlı olacaq. Bundan başqa təbii ki, Şuşa ilə bağlı innovativ, mədəniyyəti və tarixi əks etdirən layihələrə üstünlük veriləcək. Layihələrin davamlılığı da xüsusi əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR