“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib

Vüsal Quliyev

© APA | Vüsal Quliyev

# 28 iyun 2022 16:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin nəticələrini elan edib. Nəticələr Şuşa şəhərində elan olunub.

APA xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, müsabiqədə ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən 227 QHT iştirak edib.

Onlar müxtəlif təşəbbüslərlə layihələr irəli sürüblər. Bu gün həmin qaliblərin elan olunması mərasimi keçirilib.

22 QHT bu müsabiqənin qalibi elan olunub. Bu layihələr çərçivəsində həm Şuşada, həm digər regionlarda və ölkəmizin hüdüudlarından kənarda da Şuşaya həsr olunmuş tədbirlər keçiriləcək.

Qeyd edək ki, müsabiqə 7-27 aprel tarixlərində baş tutub.

Yetər Kərimli

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR