“Şuşa İli”nin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

# 24 yanvar 2023 11:57 (UTC +04:00)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

APA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Konfrans şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunduğunu, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edildiyini qeyd edib.

Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqini həsr olunmuş layihələr, eyni zamanda bloggerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada düşərgələrin keçirilməsi, xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub.

Tədbirdə həmçinin “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film də təqdim olunub.

Təqdimatdan yekunlaşdıqdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.
Suallardan sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək . İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımız bərpası prosesinə öz töhfələrini verəcəkdir. Agentliyə Fond tərəfindən ianə sertifikatı təqdim olunub.

Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR