Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

# 09 fevral 2023 15:20 (UTC +04:00)

Bu il ərzində Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.

“Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalı da yaradılacaq.

İcraçı orqanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR