Şuşaya qar yağıb, yollar buz bağlayıb - FOTO

Şuşaya qar yağıb, yollar buz bağlayıb - FOTO
# 01 aprel 2023 09:23 (UTC +04:00)

Ötən gün axşam saatlarından yağan qar, Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində bəzi çətinliklər yaradıb.

APA-nın Şuşaya ezam olunan xüsusi müxbiri xəbər verir ki, gecə boyu yağan qar Şuşa şəhər daxili və dağ yollarında gediş-gəlişi məhdudlaşdırıb. Gecə temperaturun aşağı düşməsi Şuşa rayonun dağ yollarının bəzi yerlərində buzlamaya səbəb olub.

Şəhərin və dağ yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.

Hazırda qar yağışı davam edir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR