Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya olunub

Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya olunub
# 19 iyul 2022 18:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Tacikistan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Tacikistanın ərazisində cinayət törətmiş Mirzagaeva Mahbuba Abdusamievnanın cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu edilib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Mahbuba Mirzagaevanın xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub. Mahbuba Mirzagaeva 19.07.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR