Tahir Budaqov: Heydər Əliyev xalqımızın parlaq gələcəyini təmin edib

Tahir Budaqov: Heydər Əliyev xalqımızın parlaq gələcəyini təmin edib
# 03 iyun 2023 12:29 (UTC +04:00)

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Heydər Əliyevin müasir Azərbaycanın tarixində müstəsna rolundan danışıb: "Xalqımızın Ümummilli Lideri. müasir müstəqil Azərbaycan dövlətinin banisi. Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizda müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir”.

Tahir Budaqov qeyd edib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin an taleyüklü məqamları, halledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır.
"O, istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində böyük uğurlara imza ataraq xalqımızın parlaq gələcəyini təmin edib”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR