Tahir Kərimli yeni yaradılacaq məhkəmələrin adına etiraz edib

Tahir Kərimli yeni yaradılacaq məhkəmələrin adına etiraz edib
  • Clock-gray 13:36
  • calendar-gray 13 İyun 2019

“Sahibkar və dövlət arasında yaranan mübahisələrə yeni yaradılacaq ixtisaslaşmış inzibati məhkəmələrdə baxılacaq. Sahibkarlıq münasibətləri ilə bağlı məsələlərə isə yeni yaradılacaq kommersiya məhkəmələri baxacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

Ə.Hüseynli deyib ki, hazırda ümumi məhkəmələrdə baxılan bankın öhdəliyi, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər kommersiya məhkəmələrinin səlahiyyətinə daxil edilir: “Sahibkarlıq bağlı məsələlərin məhkəmələrdə daha sürətli həlli ilə bağlı məsələlərə kommersiya məhkəmələri baxılacaq. Yeni formalaşdırılacaq inzibati məhkəmələrdə isə sırf inzibati işlərə baxılacaq”.

Deputat Tahir Kərimli yeni məhkəmələrin kommersiya məhkəməsi adlandırılmasına etiraz edib: “Niyə iqtisadi yox, kommersiya adı olmalıdır?”

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date