Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur - FOTO - YENİLƏNİB -2

Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur - FOTO  - YENİLƏNİB -2
# 20 mart 2023 13:40 (UTC +04:00)

Xəbərə yeni fotolar əlavə edilib.

***

13:04

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Talışın mərkəzi meydanında təşkil olunan şənlikdə qız- gəlinlər sac asıb yuxa, kətə bişirib, Novruzun simvolu sayılan qorğa qovurub.

Eyni zamanda tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.

***

12:57

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir.

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edir.

Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib. Bundan başqa tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR