Taun xəstəliyinə həssas heyvanlar arasında monitorinq keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyi

© APA | Qida Təhlükəsizliyi Agentliyi

# 10 iyun 2022 14:53 (UTC +04:00)

Ölkə ərazisini xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması üçün xüsusi epizootiya əleyhi tədbirlərin yerinə yetirilməsi məqsədilə vəhşi heyvanların rast gəlindiyi yaşayış areallarında 20 iyun - 8 iyul tarxilərində monitorinqlər keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən xəbərə görə, monitorinqlərdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR