Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb

Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb
# 23 avqust 2019 09:36 (UTC +04:00)

Dünən "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Hal hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarında baş verən yanğında bir neçə nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıblar.

Baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR