TÜRKPA ombudsmanları Şuşaya səfər edib

Ombudsmanlar Şuşaya səfər ediblər

© APA | Ombudsmanlar Şuşaya səfər ediblər

# 24 may 2022 19:13 (UTC +04:00)

Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə 24-25 may tarixlərində keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərləri, parlament nümayəndələri ölkəmizə səfərə gəliblər.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” adlı tədbirin ilk günündə Şuşa şəhərinə səfər təşkil edilib.

Qonaqlar Şuşa şəhərinin Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə yerində tanış olaraq, Ombudsman Səbinə Əliyeva tərəfindən məlumatlandırılıblar.

Səfər zamanı həmçinin kütləvi informasiya vasitələrinə müsahibə verilib, qonaqlar öz təəssüratlarını paylaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR