TƏBİB: Lerikdə yol qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

TƏBİB: Lerikdə yol qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır
# 05 sentyabr 2022 10:53 (UTC +04:00)

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR