TƏBİB modul xəstəxanaların yenidən fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib 

TƏBİB modul xəstəxanaların yenidən fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib 
# 18 iyul 2022 16:45 (UTC +04:00)

TƏBİB koronavirusa yoluxma sayının artması nəticəsində yenidən modul tipli xəstəxanaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

“Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR