TƏBİB: Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin durumu ağırdır - YENİLƏNİB

TƏBİB: Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin durumu ağırdır - YENİLƏNİB
# 22 yanvar 2023 11:42 (UTC +04:00)

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

***

saat 11.28

Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinbaş verən yanğında xəsarət alan 6 nəfər Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, yanıq xəsarətləri alanlar şəxslərin həmin mərkəzdə istirahətə gələn şəxslər olduğu bildirilir

Qeyd edək ki, yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Çingiz Səfərli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR