TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb

TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb
# 23 yanvar 2023 17:14 (UTC +04:00)

TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı 20.01.2023-cü il saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub.

"Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub.

20.01.2023-cü il saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır" - açıqlamada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR