TƏBİB Şəkidə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib

TƏBİB Şəkidə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib
# 19 iyul 2022 10:19 (UTC +04:00)

TƏBİB Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR