TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb

TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb
# 06 sentyabr 2022 12:13 (UTC +04:00)

TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb.

Qurumdan APA-ya bildirilib ki, 2001-ci il təvəllüdlü vətəndaş sentyabrın 5-i, saat 10:00 radələrində Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub.

2 saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR