TƏBİB: Yaralı hərbçilərimiz üçün təcili qan lazım olduğu barədə məlumatlar əsassızdır

TƏBİB: Yaralı hərbçilərimiz üçün təcili qan lazım olduğu barədə məlumatlar əsassızdır
# 14 sentyabr 2022 11:54 (UTC +04:00)

"Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq".

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.

"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq. Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR