Təcili yardım stansiyası: Aqressiyanı anlayışla qarşılayırıq

Təcili yardım stansiyası: Aqressiyanı anlayışla qarşılayırıq
# 05 yanvar 2022 15:22 (UTC +04:00)

“Son vaxtlar təcili tibbi yardım işçilərinə qarşı zorakılıq halları demək olar ki, baş verməyib”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib.

O bildirib ki, əvvəllər bir neçə dəfə belə hallar baş verib: “Bu halda hüquq mühafizə orqanlarına müraciət olunur. Amma ümumilikdə zorakılığa məruz qalmış tibb işçiləri və biz aqressiyanı anlayışla qarşılayırıq. Hər hansı insanın yaxının başına iş gəlibsə aqresssiya ilə qarşılaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR