Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır
# 11 avqust 2022 10:23 (UTC +04:00)

Bu gündən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə start verilir.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR