Tədrisi digər dillərdə olan bağçalara qəbul qaydası açıqlanıb

Tədrisi digər dillərdə olan bağçalara qəbul qaydası açıqlanıb
# 18 iyul 2022 10:53 (UTC +04:00)

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni və müəssisəni seçərək növbəyə yazıla bilər.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bağçalara qəbul zamanı ümumilikdə valideynlər maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcək.

Bundan başqa, valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər.

Valideyn məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR