“Təfəkkür”  Universiteti  doktorantura yaradılan ali məktəblərin  siyahısından çıxarılıb

“Təfəkkür”  Universiteti  doktorantura yaradılan ali məktəblərin  siyahısından çıxarılıb
# 16 avqust 2019 00:12 (UTC +04:00)

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəlsəfə doktoru üzrə doktorantura təhsilini təşkil etmək hüququ olub.

Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutuna fəlsəfə doktorları hazırlamaq hüququ verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR