Təhsil İnstitutu: MİQ-dən fərqli olaraq sertifikasiyada müəllimlər bir-biri ilə yarışmır

Təhsil İnstitutu: MİQ-dən fərqli olaraq sertifikasiyada müəllimlər bir-biri ilə yarışmır
# 13 iyul 2022 17:33 (UTC +04:00)

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikasiyadan fərqli olaraq müəllimlərin işə qəbulu müsabiqəsində səhv cavabın düz cavabı aparmağının səbəbini açıqlayıb.

APA xəbər verir ki, Rüfət Əzizov deyib ki MİQ-lə sertifikasiya iki fərqli imtahandır.

“MİQ-də müəllimlər bir-biri ilə yarışırlar, bu, daha geniş şkalada yaxşılar içindən ən yaxşını seçmək üçün ədalətli qərardır. Sertifikasiyada isə müəllimlər bir-biri ilə yarışmır, onlar fənlər üzrə minimal tələbləri ödəməlidirlər. Bu baxımdan sertifikasiyada daha geniş şkalanın olmasına ehtiyac yoxdur”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR