Təhsil İnstitutu MİQ-dən yüksək bal toplayanların müsahibədən kəsilməsinə münasibət bildirib

Nurlan İsmayılbəyli

© APA | Nurlan İsmayılbəyli

# 14 iyul 2022 12:13 (UTC +04:00)

Təhsil İnstitutu müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanında yüksək bal toplayan namizədlərin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib.

İnstitutun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli APA-ya açıqlamasında deyib ki, bununla bağlı şikayətlər olur.

“Müsahibə mərhələsində namizədin psixoloji hazırlığı və ya özünü təqdim etməyinə baxılır. Müəllimlər test imtahanına hazırlaşdığı kimi, psixoloji olaraq da hazırlaşmalıdır. Çünki müsahibə zamanı 3 şəxsin qarşısında narahatlıq keçirən, həyəcanlanan şəxs auditoriya qarşısında daha çox həyəcanlanacaq. Ən əsası müəllim özünü rahatlıqla təqdim etməyi bacarmalıdır”, - o vurğulayıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR