Təhsil İnstitutu: Universitetlərin qazandırdığı bacarıqlar işəgötürənlərin tələbinə uyğun deyil

Rüfət Əzizov

© APA | Rüfət Əzizov

# 09 sentyabr 2022 12:39 (UTC +04:00)

“Altı universitetdə təhsil alan 215 tələbə ilə sorğu, universitet rəhbərləri və müəssisə rəhbərləri ilə müsahibələr aparılıb”.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, monitorinq nəticələrinə görə tələbələr və iş dünyasının ehtiyac duyduğu bacarıqlar ilə universitetlərin qazandırdığı bacarıqlar arasında uyğunsuzluq var: "Müsahiblərin əksəriyyəti iddia edir ki, universitet məzunlarının bacarıq səviyyələri işəgötürənlərin hazırkı tələblərinə uyğun deyil. Uyğun gəlməyən bacarıqlar İKT, data analizi, innovasiya, planlama, özünəgüvən, problem həlletmə, özünüqiymətləndirmə, qərarvermə, xarici dil, ana dili və ünsiyyətlə bağlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR