Təhsil naziri Xankəndidə Təhsil İdarəsinin nə zaman yaradılacağına aydınlıq gətirib

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 dekabr 2021 12:44 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev Xankəndidə Təhsil İdarəsinin nə zaman və Qarabağda azərbaycanlılarla birgə yaşayan ermənilər üçün isə təhsil sisteminin necə yaradılacağı məsələlərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir bu gün keçirdiyi brifinqdə qeyd edib ki, bu, siyasi prosesdir və prosesin müəyyən mərhələsindən sonra bu sualın cavabı ola bilər: “Azərbaycanda bir çox milli azlıqların dillərində tədris aparılır. Təhsil Nazirliyi 11 milli azlığın dilində məktəblərdə tədris təşkil edib. Oxşar model Azərbaycan Respublikasının erməni milli azlığına da tətbiq edilə bilər. Amma hazırda bu, müzakirə predmeti deyil. Xankəndi şəhəri özü inzibati rayon deyil, Xocalı rayonunun tərkibindədir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında isə Qarabağ Regional Təhsil İdarəsi yaradılıb. Buna görə də narahatlığa heç bir səbəb görmürəm. Xankəndi şəhəri Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Bunu heç kim unuda bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR