Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri şagirdlərin döyüldüyü məktəbdə olub

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri şagirdlərin döyüldüyü məktəbdə olub
# 07 yanvar 2022 15:16 (UTC +04:00)

"Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik".

APA-nın məlumatına görə, bunu İctimai Şuranın sədri Günel Səfərova bildirib. O deyib ki, məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyi nəzərə çatdırılıb, şagirdlərə müvafiq tövsiyələr verilib:

"Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram. Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR