Təhsil Nazirliyində yeni sektor yaradılıb, bir şöbənin adı dəyişdirilib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 20 aprel 2022 13:11 (UTC +04:00)

Təhsil Nazirliyindəki struktur dəyişikliklərinə aydınlıq gətirilib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi nəzdində Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoru yaradılıb.

“Bundan başqa, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin adı isə dəyişdirilərək Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi edilib. Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoruna hələlik rəhbər təyinatı aparılmayıb”, - qeyd olunub.

Xatırladaq ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin rəhbəri isə Vəfa Yaqubludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR