Təhsil Nazirliyində yeni təyinatlar olub

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 12 yanvar 2022 15:31 (UTC +04:00)

Təhsil Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub.

Nazirliyin Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli nazirin müşaviri təyin olunduğundan, həmin vəzifə Yaqub Piriyevə həvalə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzaliyev nazirin müşaviri təyin olunduğundan onun vəzifəsi Ceyhun Kərəmova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR