"TEKNOFEST Azərbaycan" Festivalının proqramında dəyişiklik edilib

"TEKNOFEST Azərbaycan" Festivalının proqramında dəyişiklik edilib
# 28 may 2022 09:34 (UTC +04:00)

"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

"Texnofest-Azərbaycan" təşkilatçılığından APA-ya verilən xəbərə görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR