“TEKNOFEST Azərbaycan”da keçirilən müsabiqələrin II və III yer üzrə qalibləri təltif olunub - FOTO

“TEKNOFEST Azərbaycan”da keçirilən müsabiqələrin II və III yer üzrə qalibləri təltif olunub  - FOTO
# 29 may 2022 21:10 (UTC +04:00)

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrin II və III yer üzrə qalibləri elan olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən APA-ya verilən xəbərə görə, qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyəti və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və digər dövlət rəsmiləri təltif ediblər.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə II yerin qalibi “TwoDice SABAH” komandası, III yerin qalibi Həkəri (BANM) komandası, C kateqoriyası üzrə II yerin qalibi “KRİPT10” komandası, III yerin qalibi “Nano” komandası olub.

“Yaşıl texnologiyalar” müsabiqəsində A kateqoriyası üzrə II yerə “FluSi” komandası, III yerə “gFuture” komandası, B kateqoriyası üzrə II yerə “Murov” (BANM) komandası, III yerə “Gülüstan” (BANM) komandası, C kateqoriyası üzrə II yerə “BAKU” (ADNSU) komandası, III yerə “Ecofriendly” komandası layiq görülüb.

“Aqrar texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə II yerin qalibi “DEMETRA” komandası, III yerin qalibi “Həkəri” (BANM) komandası, C kateqoriyası üzrə II yerin qalibi “Slifer” komandası, III yerin qalibi “AQRO ZAQATALA” komandası olub.

“Robotexnika” müsabiqəsində A kateqoriyası üzrə II yerə “Zəfər” komandası, III yerə “Pitch Division” komandası, B kateqoriyası üzrə II yerə “Oğuz” (BANM) komandası, III yerə “Hi-Tech” komandası layiq görülüb.

“Baku Skills” müsabiqəsində A kateqoriyası üzrə II yeri “Metaverse” komandası, III yeri “SUMbuilders && 81”, B kateqoriyası üzrə II yeri “MECHANICS” komandası, III yeri “Alfa” komandası tutub.

“Pilotsuz Uçuş Aparatları” müsabiqəsində B kateqoriyası üzrə II yerin qalibi “SaWar” komandası, III yerin qalibi “Hərbi Hava Qüvvələri” komandası olub.

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsində II yerə “SatELIT”, III yerə “MSU-Space” komandası layiq görülüb.

“Planer” müsabiqəsində II yeri “AzeRobot SkY” komandası, III yeri “Oğuz” (BANM) komandası tutub.

“Smart Qarabağ” Hakatonunda II yerin qalibi “Systemator” komandası, III yerin qalibi “A takımı” olub.

“Take Off Baku” beynəlxalq startap sammiti çərçivəsində keçirilən müsabiqədə II yerə “E-Point” startapı, III yerə “Co-Print 3D” startapı layiq görülüb.

“Rocket League” üzrə Avropa çempionatında I yeri Niderland komandası, II yeri İsveç, III yeri İspaniya və “Tekken7” yarışında isə I yeri İtaliya komandası, II yeri Gürcüstan komandası, III yeri Macarıstan komandası tutub.

Qaliblərə pul mükafatı və “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR