Tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər hazırlanır

Tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər hazırlanır
# 10 yanvar 2023 12:56 (UTC +04:00)

Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır.

Məsələ geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.

Köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.

Bununla əlaqədar olaraq 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR