"Təmiz Şəhər": Avtomobillərin utilizasiyasına sövq etmək üçün ödəniləcək məbləğlərin artırılması mümkündür

"Təmiz Şəhər": Avtomobillərin utilizasiyasına sövq etmək üçün ödəniləcək məbləğlərin artırılması mümkündür
# 01 iyun 2023 12:36 (UTC +04:00)

"Vətəndaşları avtomobillərin utilizasiyasına sövq etmək üçün iqtisadi model yol verdiyi təqdirdə ödəniləcək məbləğlərin artırılması mümkündür".

APA xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O bildirib ki, utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq marağı qalmasın:

"Əgər vətəndaş avtomobilini mövcud bazara uyğun olaraq özgəninkiləşdirməklə daha artıq vəsait qazana bilirsə, biz onun bu hüququnu məhdudlaşdıra bilmərik. Lakin hesab edirik ki, bu qanun vətəndaşları pis vəziyyətdə qalmış avtomobillərini utilizasiyaya gətirməyə stimul verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR