Tərcüməçi tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə biləcək

Tərcüməçi tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə biləcək
# 30 mart 2023 11:01 (UTC +04:00)

Notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanun təklif edilən dəyişikliyə uyğun olaraq qeyd edilən notariat hərəkətləri aparıldığı zaman notarius, kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları), onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsi ilə elektron sorğu əsasında əldə edəcək.

Qanun layihəsində həmçinin tərcüməçi tərəfindən elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilməsi müəyyən olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR