Terrorçuluğun maliyyələşdirilməsi risklərini minimallaşdırmayan dini qurumlar və QHT-lər cərimələnəcək

Terrorçuluğun maliyyələşdirilməsi risklərini minimallaşdırmayan dini qurumlar və QHT-lər cərimələnəcək
# 05 dekabr 2022 18:22 (UTC +04:00)

Dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğu maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə yeni cərimələr müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmamasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR