Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib
# 09 mart 2023 17:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunda baş verən mina hadisəsi barədə əlavə məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

“ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR