Teymur Musayev: Azərbaycanda dərman qıtlığı yoxdur

Teymur Musayev: Azərbaycanda dərman qıtlığı yoxdur
# 20 yanvar 2023 09:22 (UTC +04:00)

Hazırda Azərbaycanda kəskin dərman qıtlığı yoxdur.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb.

“Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”, - Teymur Musayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR