Teymur Musayev: “TURKOVAC vaksinini vurduranlar var”

Teymur Musayev: “TURKOVAC vaksinini vurduranlar var”
# 01 iyul 2022 12:43 (UTC +04:00)

“TURKOVAC vaksini ilə bağlı Azərbaycanda keçirilən sınaq mərhələsi üzrə əldə olunan ilkin nəticələr müsbətdir”.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, vaksin hazırda Azərbaycanda üçüncü faza klinik sınaqlardan keçirilir:

"Bəli, vaksini vurduranlar var. Əldə etdiyimiz ilkin nəticələrə görə deyə bilərəm ki, nəticə müsbətdir. Təbii ki, tam geniş elmi açıqlamanı biz tələb olunan sayı əldə etdikdən sonra və Türkiyə tərəfindən aparılan laborator müayinələr nəticəsində tam bəyan edəcəyik", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR