Teymur Musayev ÜST-ün Baş direktoru ilə görüşüb

Tedros Adhanom Qebreyesus-Teymur Musayev

© APA | Tedros Adhanom Qebreyesus-Teymur Musayev

# 17 iyun 2022 11:14 (UTC +04:00)

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin Baş direktoruna təşəkkürünü bildirən Teymur Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib. Tedros Adhanom Qebreyesus həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR